media-d7d401ce441ae52fa5b14efda8fa295f

Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

ERAmedia  xəbər verir ki, bu barədə Niderlandın Xarici işlər naziri Tom Berendsen “X” hesabında məlumat yayıb.

“Əməkdaşlarımızın təhlükəsizliyinə artan risklərlə əlaqədar İranın Niderland səfirliyinin fəaliyyətinin müvəqqəti olaraq Azərbaycanın Bakı şəhərinə köçürülməsi qərara alınıb. İranda baş verən hadisələri diqqətlə izləyirik. Əgər təhlükəsizlik vəziyyəti buna imkan verərsə, Niderland səfirliyinin fəaliyyətinin Tehranda yenidən nə vaxt və hansı formada bərpa oluna biləcəyi barədə qərar veriləcək”, – deyə o əlavə edib.


media-adspc

Bənzər xəbərlər