media-687204f34a581687204f34a5821752302835687204f34a57f687204f34a580

Sloveniya parlamentinin sədri Zoran Stevanoviç ölkənin NATO-dan çıxışı ilə bağlı referendumun keçiriləcəyini açıqlayıb.

ERAmedia-nın məlumatına görə, spiker bildirib ki, onun mövqeyi “rusiyapərəst deyil, sloveniyapərəst” xarakter daşıyır və əsas məqsəd Sloveniya dövlətinin siyasətinin tam müstəqil və suveren şəkildə aparılmasıdır.

Stevanoviç qeyd edib ki, Sloveniya bütün ölkələrlə, xüsusilə də böyük dövlətlərlə əməkdaşlıq etməlidir, lakin bu əməkdaşlıq heç bir halda tabeçilik kimi qəbul edilməməlidir.

“Biz xalq qarşısında NATO-dan çıxışla bağlı referendum keçirməyi vəd etmişdik və bu vədimizi yerinə yetirəcəyik”, – deyə o vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər