media-sosshebjpg-1764043949
media-bant_master

Avstraliya hökuməti ölkə əhalisinin 77 faizinin dəstəklədiyi yeni qaydaları qəbul edərək 16 yaşdan aşağı uşaqların bir sıra böyük sosial media platformalarına girişini rəsmi şəkildə qadağan edib.

ERAmedia xəbər verir ki, yeni tənzimləməyə əsasən, “Facebook”, “Instagram”, “TikTok” və “X” kimi platformalar istifadəçilərin yaşını dəqiq müəyyənləşdirmək üçün məsuliyyət daşıyacaq. Qaydalara əməl etməyən şirkətlərə 49,5 milyon Avstraliya dollarına qədər cərimə tətbiq oluna bilər. Bununla belə, “Discord”, “Votsap” və oyun platformaları bu qadağadan azad edilib.

Qanunun ən mühüm məqamlarından biri isə nəzarət yükünün valideynlərin üzərindən götürülərək birbaşa texnologiya şirkətlərinə verilməsidir. Platformalar yaş təsdiqləməsini həyata keçirmək üçün dövlət tərəfindən verilən şəxsiyyət vəsiqəsinin yüklənməsi, üz tanıma və ya səs tanıma kimi texnologiyalardan istifadə etməlidir.

Qadağa “Facebook”, “Instagram”, “Threads”, “TikTok”, “Snapchat”, “X” (Tvitter), “YouTube”, “Reddit”, “Kick” və “Twitch” kimi əsas platformaları əhatə edir. Lakin “Discord”, “Votsap”, “Messenger” və oyun platformaları bu tələblərdən kənarda qalıb.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər