media-videoedited
media-17603530994109463451_1200x630
media-shehidler_olmez_baner_full

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın Kliment Oxridski adına Sofiya və Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2025-2026-cı tədris ili üzrə dərslərə yenidən başlanılıb.

ERAmedia-ya Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib. Bildirilib ki, fənnin tədrisi Türkiyədə professor Qafar Mehdiyev, Rumıniyada Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya üzrə fəlsəfə doktoru (PhD), yaponşünas alim və Yaponiya hökumətinin təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda isə Kliment Oxridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva tərəfindən aparılır.

Bu tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Polşada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Oktyabrın 3-də Varşava Universitetinin Şərqşünaslıq fakültəsində ilk dəfə olaraq bu fənnin mühazirələri təqdim edilib. Fənni Polşada yaşayan və fəaliyyət göstərən həmyerlimiz, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova tədris edir. İlk dərsdə fakültənin iki professoru və 20 tələbə iştirak edib. Ş.Kazımova dərs zamanı tələbələrə Azərbaycanın multikulturalizm dəyərləri, ölkəmizdə formalaşmış tolerant mühit və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycandakı etnik və dini müxtəliflik, müxtəlif xalqların və konfessiya nümayəndələrinin ölkəmizdə dinc yanaşı yaşaması nümunələrindən danışıb.

Qeyd edək ki, Varşava Universiteti “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu sayca 27-ci xarici ölkə universitetidir. Tədris prosesi 2025-ci il dekabr ayının sonunadək davam edəcək.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər