Bu ölkədə dronlardan istifadə qadağan edildi
Küveyt Ticarət və Sənaye Nazirliyi müharibədən sonrakı vəziyyətlə bağlı bu gündən etibarən növbəti rəsmi açıqlamaya qədər dronların satışını və istifadəsini tamamilə qadağan edib.
ERAmedia-nın məlumatına görə, Küveyt Hökumətinin Kommunikasiya Mərkəzinin sosial media hesabında yayılan açıqlamada bildirilib ki, Ticarət və Sənaye Nazirliyi dronların satışını və istifadəsini qadağan edən nazirlik qərarı qəbul edib.
Açıqlamada qeyd olunub ki, bu qadağanın tələblərini pozan hər bir müəssisə bağlanacaq və onlar barəsində hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti istintaq orqanlarına müraciət ediləcək.
Həmçinin vurğulanıb ki, qadağa bu gündən qüvvəyə minir və növbəti açıqlamaya qədər qüvvədə qalacaq.
Vüsalə









