Bu ölkənin hava məkanı 52 gündür bağlı olaraq qalır
Küveytin hava məkanı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına başlanmasından sonra artıq 52-ci gündür ki, bağlı olaraq qalır.
ERAmedia bildirir ki, bu barədə TASS agentliyinə regionun aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, ölkənin aviasiya hakimiyyəti uçuşlara qoyulan qadağanı daha azı 12 saat müddətinə, ümumdünya vaxtı ilə saat 16:00-a (İrəvan vaxtı ilə 19:00) qədər uzadıb. Bildirilir ki, bu müddətlər təxmini xarakter daşıyır və məhdudiyyət yenidən uzadıla bilər.
Həmçinin vurğulanıb ki, hazırda Küveyt Yaxın Şərqdə tətbiq edilən məhdudiyyətlərdən sonra hava məkanını hələ də tam açmayan yeganə ölkə olaraq qalır.
Vüsalə









