media-1772546494_69a6e7194aa1d69a6e7194aa1e177254581769a6e7194aa1b69a6e7194aa1c

Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.

ERAmedia-nın məlumatına görə, yaxın vaxtlarda həmin fakültələr keçmiş Asiya Universitetinin binasına köçürülüb.

BDU-dan məlumatı təsdiqləyiblər.

Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə “Bakı Dövlət Universiteti, C korpusu” sözləri yazılıb.

Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya köçürüldükdən sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.(APA)


media-adspc

Bənzər xəbərlər