media-1778697717287915119_1200x630

Möhtəşəm oyuna görə hər kəsi təbrik edirəm. Bu cür finallar azarkeşlər üçün həm dramatik, həm də maraqlı keçir. Bu mövsüm inanılmaz çıxış etdik. Ən çox qol vuran və ən çox hücum edən komanda idik. Futbolçularımla qürur duyuram.

ERAmedia xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Litvalı mütəxəssis komandasının bu qələbəyə layiq olduğunu bildirib: “Futbolçularım təkcə bu gün deyil, mövsüm ərzində keçirdiyimiz bütün oyunlarda yüksək performans nümayiş etdirdilər. Bu, mənim çalışdığım 10-cu klubdur. Burada möhtəşəm atmosfer var. Həmişə hücumameyilli futbol göstərməyə cəhd etmişik. Bu gün vurulan hər iki qol da çox fantastik idi. Bu qalibiyyətlərin arxasında komanda işi var. Futbolçularım həqiqətən də qəhrəmandırlar”.

Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Onlar, həmçinin ardıcıl ikinci dəfə ölkə kubokunun qalibi olublar.


media-adspc

Bənzər xəbərlər