Bu rayonda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb
Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağac ağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ERAmedia-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədli saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.










