Bu rayonda İcra başçısının müavini 20 ildən sonra işdən çıxıb
Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev işdən azad olunub.
ERAmedia xəbər verir ki, T.Qarayev öz ərizəsi ilə işdən ayrılıb.
O, səbəb olaraq səhhətində yaranan problemləri göstərib.
Məlumat üçün bildirək ki, T.Qarayev 20 ildən artıq sözügedən vəzifədə çalışıb.










