media-1740147957_23081d7e-354a-32fd-bc79-9c1ee678beeb_850
media-bant_master

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən ERAmedia– ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır.

Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində isə qar yağması müşahidə olunur.

Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.


media-adspc

Bənzər xəbərlər