“Bu söz onu deyən insanı kiçildir” – Müğənni
Hansı ailədə doğulub, hansı mühitdə böyümək insanın seçimi deyil.
ERAmedia xəbər verir ki, bu sözləri müğənni Nura Suri öz sosial şəbəkə hesabında yazıb.
Müğənni qeyd edib ki, amma necə bir insan olmaq istəyi və olması insanın öz seçimidir.
“Çox yaxşı ailədə doğulub böyüyən qəddar və uğursuz insanlar var, çox əziyyət görüb əzilən, amma uğurlu və mərhəmətli insanlar da var. Yəni heç kəsə geyiminə, puluna, imicinə görə yox, ağlına və qəlbinin gözəlliyinə görə dəyər vermək lazımdır”, – deyə o əlavə edib.
“Kiməsə “keçmişində kim olub” demək isə həmin insanı yox, bunu deyən şəxsi kiçildir”, – müğənni bildirib.









