media-17878267504975946448_1200x630

İspaniyanın “Barselona” komandasının ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionu 2029-cu il UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi etmək üçün əsas namizəd hesab olunur.

ERAmedia “Goal”a istinadən xəbər verir ki, Avropa futbol qurumu həmin arenanı İngiltərənin “Uembli” stadionundan daha üstün variant kimi dəyərləndirir.

Finalın keçiriləcəyi stadionla bağlı qərarın UEFA İcraiyyə Komitəsinin sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq iclasında açıqlanacağı gözlənilir. Qeyd olunub ki, “Barselona”nın namizədliyini şəhər rəhbərliyi, Kataloniya hökuməti, İspaniya Kral Futbol Federasiyası və İspaniya hökuməti dəstəkləyir. UEFA stadionda tikinti işlərinin hələ tam başa çatmamasını problem hesab etmir. Layihəyə əsasən, “Kamp Nou”nun tutumunun 104 min 600 tamaşaçıya çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Kamp Nou” indiyədək iki dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edib. Həmin arenada 1989-cu ildə “Milan” “Styaua”nı 4:0, 1999-cu ildə isə “Mançester Yunayted” “Bavariya”nı 2:1 hesabı ilə məğlub edib.


media-adspc

Bənzər xəbərlər