Bu taksi şirkəti fəaliyyətini dayandırır
“A TAKSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
ERAmedia banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Elmixan Mehtiyevdir.










