Bu tədbir mədəniyyətlərarası mübadilədir-Günay Əfəndiyeva
Hesab edirəm ki, Beynəlxalq Kitab Sərgisinin Azərbaycanda – Bakıda keçirilməsi ölkədə həm dövlət səviyyəsində, həm də cəmiyyət tərəfindən kitaba verilən dəyəri göstərir.
ERAmedia-nın məlumatına görə, bu sözləri XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib.
“Bakı Beynəlxalq Kitab sərgisi ölkəmizdə mədəniyyət sahəsində təşkil olunan ən gözəl tədbirlərdən biridir. Bu, əsl kitab bayramıdır. Çünki müxtəlif ölkələrdən nəşriyyatlar burada öz kitablarını təqdim edirlər. Müəlliflər oxucularla görüşürlər. Bu tədbir mədəniyyətlərarası mübadilədir. Kitab bayramı ilə yanaşı, həm də bir dostluq bayramıdır. Müasir, qlobal çağırışların çox olduğu bir dövrdə bu cür tədbirlərin keçirilməsi milli ənənələrin yaşadılması deməkdir. Bu kimi tədbirlər çox olduqca dünyamız da gözəlləşəcək”, – deyə o əlavə edib.