Bu üç ölkənin liderləri vəzifələrindən gedə bilər
Cari il ərzində Avropanın Ukraynada münaqişənin davam etdirilməsini dəstəkləyən üç ölkəsinin liderləri öz vəzifələrini tərk edə bilərlər.
ERAmedia xəbər verir ki, bu fikri ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkerson Dialogue Works YouTube kanalının efirində səsləndirib.
Onun sözlərinə görə, istefa riski Almaniya kansleri Fridrix Mertsə, Fransa prezidenti Emmanuel Makrona və Böyük Britaniyanın baş naziri Kir Starmerə aiddir. Uilkerson bildirib ki, rəy sorğularına əsasən, bu üç ölkənin əhalisi Rusiya ilə müharibə istəmir, lakin onların liderləri Ukraynaya dəstək verərək anti-Rusiya siyasətini davam etdirirlər.
Bu səbəbdən polkovnik hesab edir ki, Fransa, Almaniya və Böyük Britaniyada yeni rəhbərlərin seçilməsi ilə bağlı seçki prosesləri baş tuta bilər.
Eyni zamanda, Uilkerson Ukraynadakı münaqişənin Avropa üçün dağıdıcı nəticələrə səbəb olduğunu vurğulayıb.
“Münaqişənin davam etdirilməsi Ukraynanın sonu və ehtimal ki, Avropada sülhün də sonu deməkdir”, – deyə o qeyd edib.
Vural









