Bu uşağın dedikləri hər kəsi ağlatdı - VİDEO
Suriyada inqilabın ildönümü münasibətilə təşkil olunan Azadlıq günü tədbirlərində ölkədəki vətəndaş müharibəsinin simvoluna çevrilmiş uşaqların çıxışları iştirakçılara duyğu dolu anlar yaşadıb.
ERAmedia xəbər verir ki, kiçik yaşlarında devrilmiş rejimin hücumlarına məruz qaldıqdan sonra “Biz ona (Bəşər Əsədə) nə etmişdik ki?” sözləri ilə milyonların yaddaşına həkk olunan Əli Məhəmməd çıxışında illərdir davam edən çətinlikləri xatırladıb.
“Onlar hüzn və qorxu göz yaşları idi. Bu gün isə sevinc göz yaşlarıdır. 14 il boyunca əzab çəkdik və artıq bir gələcəyimizin qalmadığını düşünürdük. Fəda olsun sənə, ey Suriya! Fəda olsun sənə, ey Şam!” – o, çıxışında belə deyib.
Vural Həsənoğlu









