media-17879945233414426290_1200x630

Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası davam etdirilir.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, mövcud körpü sökülüb, dayaqların inşası artıq başa çatdırılıb. Hazırda aşırım tirlərinin quraşdırılması işləri aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, bundan əvvəl yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilib. Hazırda işlər əks istiqamətdə davam etdirilir.


media-adspc

Bənzər xəbərlər