media-1787845489290361896_1200x630

Aparılan və aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ERAmedia-ya bildirilib ki, Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsindən avqustun 27-si saat 22:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində avqustun 27-si saat 22:00-dan, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi avqustun 28-i saat 20:00-dan, Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində avqustun 28-i saat 20:00-dan, Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü.Bünyadzadə küçəsinədək olan hissəsində avqustun 31-i saat 16:00-dan hərəkət məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd edilən müddətlərdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.


media-adspc

Bənzər xəbərlər