media-599957369_1913333555932561_5358444164749933468_n

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində çoxsaylı jurnalistlər və media ilə əlaqəli şəxslər “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunur.

ERAmedia-nın məlumatına görə, jurnalistlərə təqdim edilən yubiley medalı bəzilərinin düşündüyü kimi adi metaldan deyil.

Belə ki, bu barədə müvafiq qanunvericilikdə xüsusi qeyd var. Orada bildirilib ki, sözügedən yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən hazırlanır.

Budəfəki təltifetmənin miqyası xeyli genişdir. Belə ki, media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya mətbuatla əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları təltif edilirlər.

Xatırladaq ki, medal 20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilib. Yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoruna verilib.

 


media-adspc

Bənzər xəbərlər