media-586558143_25741927448747956_210003658585365986_n
media-bant_master

 

media-91237688_0_63_1200_738_1280x0_80_0_0_ed43e27685a58c3dd7739c4acc3dda96-jpg

2025-ci il dekabr ayının 17-də yepiskoplar II Qareginin Erməni Apostol Kilsəsinin katolikosluğundan getməsini tələb edən bəyanat yayıblar. Bəyanatda Kilsəni dövlət və Ermənistan ictimaiyyətinin böyük əksəriyyəti ilə qarşıdurma həddinə çatdıran, gizlədiləsi mümkün olmayan siyasi iddiaları ilə öz neytrallığını itirən Ktriç Nersisyanın istefasını tələb etmək üçün 2025-ci il dekabrın 18-nə təyin edilən mitinqə çağırış səslənir.

Məsələ ilə bağlı ERAmedia-ya danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov Erməni Apostol Kilsəsi ətrafında baş verənləri 2018-ci ilin yazından, məxməri inqilabla Koçaryan-Sarkisyan tandeminin hakimiyyətdən uzaqlaşdırılmasından sonra gözlənilən proses adlandırdı. Bu gün- “Müqəddəs Eçmiədzinin Ana Taxt-Tacında, təcili zərurətə çevrilmiş bütün ermənilərin katolikosu II Qareginin istefası ilə bağlı haqlı tələbimizə qoşulun”- deyə, ölkə ictimaiyyətini yanlarında görmək istəyən yepiskoplar çağırış ediblər.

Bu, 7 ildə təkcə “Ax, necə kef çəkməli əyyam idi” həsrəti ilə döyüş meydanda qalacaqlarını bəyan edən keçmiş iqtidarla bərabər, Erməni Apostol Kilsəsinin ümid verdiyi, “Bəlkə də qayıtdılar”- səksəkəsi ilə yollarını müəyyənləşdirməkdə tərəddüdlü şəxslərə Çin filosoflarının fəlsəfəsini xatırlatmaqdır: “Bir çayın eyni suyunda təkrar olmaq mümkün deyil”.

Ermənistan dövlətçiliyi üçün taleyüklü hesab olunacaq mitinqi şərtləndirən amillərin sadalandığını xüsusi vurğulayan ekspert yepiskopların bəyanatındakı “Son zamanlar Ermənistan Apostol Müqəddəs Kilsəmiz ətrafında baş verən təhlükəli hadisələr Kilsəmizə, Dövlətimizə və dindar xalqımıza ciddi zərər verə biləcək həddi keçib”- sözlərinin reallığı əks etdirdiyini vurğulayır.

Yepiskoplar Kilsədə sadalanan məsələlərə həsr olunan müzakirələrin əsasən Bütün Ermənilərin Katolikosunun özü tərəfindən idarə edildiyini, mövcud problemlərin həllinə xidmət göstərmədiyini, bunun bir daha Katolikos II Qareginin son illərdə ildə təkbaşına, özbaşına və qeyri-kafi liderlik tərzini nümayiş etdirdiyini bildirərək tələblərini ortaya qoyurlar: “Bizim – ruhanilərin və dindarların, bir-birimizlə səmimi olmağımızın və son illərdə nəinki səsimiz Kilsədə eşidilmədiyini, həm də Kilsənin missiyasının yerinə yetirilməsinə heç bir əhəmiyyətli, həlledici təsir göstərmədiyimizi etiraf etməmizin vaxtı gəlib çatıb”.

Ekspert, Kilsənin hazırkı acınacaqlı vəziyyətinin milli və dövlət təhlükəsizlik maraqlarına ciddi təhlükə yaratdığını təkrar-təkrar vurğulamaqla “Tarix qarşısında hər birimiz qəbul etdiyimiz qərarlara və atdığımız hərəkətlərə görə məsuliyyət daşıyırıq”- deyən mitinq təşkilatçılarının narahatlığının başadüşülən olduğunu qeyd edir.

 


media-adspc

Bənzər xəbərlər