media-videoedited
media-attraksionlar
media-shehidler_olmez_baner_full

Bulvar ərazisində yerləşən köhnə attraksionların istismar müddəti başa çatdığı üçün onların bir neçəsi əvvəlcədən sökülüb və yerində yeni, müasir standartlara cavab verən attraksionlar quraşdırılıb.

ERAmedia xəbər verir ki, bu fikirləri Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında səsləndirib.

media-17604626894519611957_1200x630

Onun sözlərinə görə, yeni əyləncə zonası tam yenilənmiş formatda fəaliyyətə başlayıb: “Bulvar ərazisində quraşdırılan attraksionların hər biri beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Həm texniki baxımdan, həm də istismar qaydaları üzrə bütün normativlərə riayət olunur”.

O, təhlükəsizlik qaydaları barədə də məlumat verib: “Boyu 120 santimetrdən aşağı olan şəxslərin, hamilə qadınların, eləcə də alkoqol təsiri altında olan insanların attraksionlardan istifadə etməsi qadağandır. Bundan əlavə, ürək, onurğa, təzyiq və ya hər hansı digər ciddi xəstəliyi olan şəxslərin bu attraksionlardan istifadə etməsi tövsiyə olunmur”.

Ə.Mehdiyeva diqqətə çatdırıb ki, attraksionlardan 10 yaşdan yuxarı, sağlamlığı imkan verən şəxslər istifadə edə bilərlər.

O, həmçinin ərazidə ilkin tibbi yardımın göstərilməsi üçün müvafiq şəraitin yaradıldığını vurğulayıb: “Bulvar ərazisinə gələn hər bir vətəndaşın sağlamlığı bizim üçün prioritetdir. Əgər hər hansı zərurət yaranarsa, əməkdaşlarımız tərəfindən ilkin tibbi yardım göstərilir və lazım gəldikdə təcili tibbi yardım xidməti çağırılır”.

Əfsanə Mehdiyeva bildirib ki, yeni əyləncə zonası həm yerli sakinlər, həm də paytaxta gələn turistlər üçün təhlükəsiz və komfortlu istirahət şəraiti təmin edir.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər