Burnunun bir hissəsini əməliyyatla bərpa olundu - VİDEO
İt dişləməsi nəticəsində burnunun böyük hissəsini itirən pasiyent üzündə yaranan ciddi deformasiya ilə həkimlərə müraciət edib. Onun burnu mürəkkəb və yüksək dəqiqlik tələb edən rekonstruktiv əməliyyatla yenidən formalaşdırılıb.
Əməliyyatı Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov həyata keçirib.
Məhərrəmovun rəhbərliyi ilə aparılan cərrahi müdaxilə zamanı itirilmiş burun toxumalarının bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə olunub. Supratroxlear arteriya əsaslı paramedian “forehead flap” və autogen kompozit qreft tətbiq edilərək burunun anatomik bütövlüyünün bərpasına nail olunub.
Əməliyyatın əsas məqsədi isə yalnız pasiyentin üzündə yaranan ciddi estetik qüsuru aradan qaldırmaq olmayıb. Burunun funksiyalarının da mümkün qədər bərpa edilməsi hədəflənib.
Beləliklə, it dişləməsi nəticəsində ağır zədə alan pasiyentin burnu addım-addım yenidən qurulub. Mürəkkəb rekonstruktiv əməliyyat həm tibbi baxımdan çətinliyi, həm də estetik nəticəsi ilə diqqət çəkib.
Bu uğurlu nəticə Dilqəm Məhərrəmovun rekonstruktiv cərrahiyyə sahəsindəki peşəkarlığını və mürəkkəb üz travmalarının bərpası istiqamətində həyata keçirilən işləri bir daha gündəmə gətirib.









