media-videoedited
media-555534120_122201075540049043_5781734866328020145_n
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
27 Sentyabr – Anım Günü ərəfəsində respublikamızın bütün bölgələrində olduğu kimi Naxçıvan şəhərində də torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə, qazilərə diqqət və qayğı göstərilir.
ERAmedia xəbər verir ki, bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qəhrəman şəhidlərimiz – Ələsgər Əsgərovun və Nihat Seyidovun ailələrini ziyarət edib.
Görüşlərdə qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Şəhər İcra Hakimiyyətinin başçısı görüşlər zamanı bildirib ki, dövlətimizin məqsədi yalnız qəhrəman şəhidlərimizin xatirəsini uca tutmaq deyil, həm də onların ailəsinin sosial rifahını daim yüksək səviyyədə təmin etməkdir. Şəhid ailələrinin mənəvi dəstəklə təmin olunması, gündəlik həyatının yaxşılaşdırılması və onlara göstərilən diqqətin davamlı xarakter daşıması hər zaman prioritet məsələlərdən biridir.
Həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələri ilə keçirilən görüşlər bir daha göstərir ki, onların qəhrəman övladlarının xatirəsi daim uca tutulur, dövlətimizin və xalqımızın qəlbində əbədi yaşayır.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər