Cabbar Musayev şəhid ailələrini ziyarət edib
27 Sentyabr – Anım Günü ərəfəsində Naxçıvanda şəhidlərin əziz xatirəsi ehtiramla yad olunur, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.
ERAmedia xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şöbə əməkdaşları ilə birlikdə qəhrəman şəhidlərimiz – Vəli Quliyev, Elnur Zeynalov və Vaqif Rəcəbovun ailələrini ziyarət edib.
Görüş zamanı şəhid ailələrinin qayğıları ilə öyrənilib, səmimi söhbətlər aparılıb, onların ehtiyac və problemləri diqqətlə dinlənilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulanıb, 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında qazanılan tarixi Zəfərin Azərbaycan xalqının birliyi, Ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edildiyi qeyd edilib.
Xalqımız daim qəhrəman övladlarının xatirəsi daim uca tutur, onlar dövlətimizin və xalqımızın qəlbində əbədi yaşayır.