media-569509847_122203910348049043_8275350538133813761_n
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid İbrahimov Seymur Zamin oğlu və şəhid Ələkbərov Bağır Əsəd oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, Cabbar Musayev şəhid ailələri ilə səmimi söhbət apararaq onların qayğı və ehtiyacları ilə maraqlanıb, şəhidlərin göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını bildirib. Görüş zamanı şəhidlərin döyüş yolu, Vətən uğrunda fədakarlıqları və onların ailələrinin göstərdiyi mərdlikdən söz açılıb.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birlik və iradəsi sayəsində torpaqlarımız işğaldan azad olunub və bu tarixi qələbədə şəhidlərimizin qəhrəmanlığı əvəzsiz rol oynayıb.
Şəhid ailələrinin sosial müdafiəsi və dövlət qayğısı ilə əhatə olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Ziyarətlərdə İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər.
Ziyarət zamanı şəhidlərin şəhid olduqları məkanı əks etdirən fotolar ailələrə təqdim olunub, onların xatirəsi ehtiramla anılıb.
Sonda şəhid ailələri ilə xatirə şəkli çəkilib.

media-adspc

Bənzər xəbərlər