media-574315471_122204321288049043_1378457440183660393_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid kapitan Cabbarov Seymur İlham oğlunun və şəhid əsgər Gözəlov Rüfət Əzim oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, görüş zamanı şəhid Rüfət Gözəlovun anım günü ehtiramla yad olunub.
Cabbar Musayev ziyarət zamanı ailələrlə səmimi söhbət apararaq onların gündəlik qayğıları ilə maraqlanıb və şəhidlərin Vətən uğrunda göstərdiyi qəhrəmanlığın hər zaman Azərbaycan xalqı tərəfindən yüksək tutulacağını vurğulayıb.
Ailələrə şəhidlərin şəhid olduğu məkanları əks etdirən fotolar təqdim olunub və bu anlar həm qürur, həm də dərin hisslərlə qarşılanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, dövlətin və dövlət nümayəndələrinin göstərdikləri diqqətin həm mənəvi dəstək olmasını, həm də qürur mənbəyi olduğunu qeyd ediblər.
Görüş zamanı şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.
Şəhid ailələrini ziyarətdə İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər.

media-adspc

Bənzər xəbərlər