media-601982604_122209540184049043_8982464374231895897_n
media-bant_master
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
ERAmedia xəbər verir ki, qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, həmçinin dövlətimizin həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyini vurğulayıb.
Cabbar Musayev çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, yerlərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində məqsədyönlü tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə Ölkə Rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.

media-adspc

Bənzər xəbərlər