media-videoedited
media-556837326_122201506802049043_7847847436443362555_n
media-shehidler_olmez_baner_full
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Vətən müharibəsi qəhrəmanları, şəhid – Raqib Hüseynov və Sahil Məmmədovun ailələrini ziyarət edib.
ERAmedia xəbər verir ki, ziyarət zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla səmimi söhbətlər aparılıb, ehtiyac və problemləri diqqətlə dinlənilib. Şəhər İcra Hakimiyyətinin başçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının birliyi, Ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edildiyini qeyd edib.
Şəhid ailələri ilə keçirilən görüşlər bir daha göstərir ki, onların qəhrəman övladlarının xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulur, dövlətimizin və xalqımızın qəlbində əbədi yaşayır. Bizlər bu torpaq uğrunda canından keçən  qəhrəman və igid oğullarımızı heç bir zaman unutmadıq.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər