Cabbar Musayev “Zəfər Günü” ərəfəsində şəhid ailələrini ziyarət edib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə şəhid mayor Babayev Rahib Bəxtiyar oğlu və şəhid əsgər Məmmədzadə Pərviz Zahid oğlunun ailələrini ziyarət edib.
ERAmedia xəbər verirki, ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğı və istəkləri dinlənilib.
Cabbar Musayev vurğulayıb ki, Vətən uğrunda canını fəda edən qəhrəmanların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir və bu dəstək gələcəkdə də davam etdiriləcək.
Şəhid ailələrinə, şəhidlərin şəhid olduqları məkanları əks etdirən fotolar təqdim olunub, bu anlar qürur və dərin duyğularla qarşılanıb. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Ziyarətdə İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər.
Sonda xatirə şəkli çəkdirilib.









