Çalınmış Qaymaq və ya Krem ilə Xəmir
- DADLI TAM İLƏ
Tərkibi:
1 stəkan un
1/2-1/2 stəkan kərə yağı
4-5 yumurta
1 stəkan su
1/4 çay qaşığı duz
1 stəkan qaymaq
2-2.5 xörək qaşığı şəkər
1/4 stəkan vanil tozu və ya 1-2 xörək qaşığı likör
Hazırlanması:
Bir qazana bir stəkan su tökün, kərə yağı və duzu əlavə edin və qaynadın. Su qaynadıqdan sonra unu birdəfəlik əlavə edin, qarışdırın və iki-üç dəqiqə davamlı qarışdıraraq vam odda bişirin. Sonra qazanı oddan götürün və yumurtaları bir-bir əlavə edin, yaxşıca qarışdırın. Xəmir uzanmağa başlayan kimi yumurta əlavə etməyi dayandırın və xəmiri az yağlanmış soba listinə 3-4 sm aralı qoyaraq çörəklərə bölün. Soba listini əvvəlcədən qızdırılmış sobaya 15-20 dəqiqə qoyun. Çörəklər qızarıb şişdikdən sonra, onları götürmədən odu azaldın və bişənə qədər bişirin. Hazır çörəkləri bir tərəfi uzununa kəsin və bir az açaraq ortasını qaymaq, şəkər, vanil və ya likör ilə doldurun. Üzərinə krem və ya kərə yağı da əlavə edə bilərsiniz. Sonra toz şəkər səpin, boşqaba qoyun və süfrəyə verin.
Tamilla Manaf









