media-ads-728x90
media-1755421580638354228_1200x630
media-ads-728x90

Gelibolu yarımadasında başlayan meşə yanğınları Eceabat və Sinopun Gerze rayonuna yayıldı. Təhlükə səbəbindən 251 nəfər təxliyə edilib, yanğınla mübarizə davam edir.

ERAmedia AZƏRTAC-a istinadən xəbər verir ki,  17 avqust Türkiyənin Çanaqqala vilayətində Gelibolu və Eceabat rayonları, həmçinin Sinop vilayətinin Gerze rayonunda meşə yanğınlarına qarşı mübarizə davam edir.

Yanğın dünən axşam Tayfur və Cumalı kəndləri arasında başlayıb. Güclü küləyin təsiri ilə o, Eceabat rayonundakı meşə sahələrinə yayıldı.

Çanaqqala valisi Ömər Toraman bildirib ki, ehtiyat tədbiri olaraq bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb.

Yanğınlarla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzlərlə quru texnikası və 560 nəfər canlı qüvvə cəlb edilib.

Yanğınlar səbəbindən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb və Gelibolunun beş kəndi təxliyə edilib.


media-ads-728x90

Bənzər xəbərlər