Cavid Hüseynov baş məşqçi təyin olundu
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.
ERAmedia klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Cavid Hüseynov təyin edilib. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.










