media-79a49hi6g5lylxkozrutc5oc8huoi9xcrphmd3ct_1200

“Yol mədəniyyətdir”.

ERAmedia xəbər verir ki, bu fikirləri Bakı-Tbilisi-Bakı qatarının ilk sərnişinlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib.

O bildirib ki, təəssüratları çox yaxşıdır.

“Hər şey yaxşıdır, hər şey uğurludur. Bu, ölkəmizin inkişafıdır. İki ölkə arasında müsbət və yeni bir hadisədir. Gözəl qatardır, xalqımıza xeyirli olsun. Gürcüstan bizim dost və qonşu dövlətimizdir, yaxın qonşumuzdur, çox yaxşı münasibətlərimiz var. Orada bizim soydaşlarımız yaşayırlar. Onların gedib-gəlməsi asanlaşır. Yol həm də mədəniyyətdir, yollar keçən yerdə inkişaf olur”, – deyə C.Qurbanov əlavə edib.

Xatırladaq ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımaları uzun fasilədən sonra yenidən bərpa edilib. İlk qatar mayın 25-i saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola salınıb.


media-adspc

Bənzər xəbərlər