media-286771

 

media-17685844143996945140_1200x630

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Siyəzən şəhərindəki heykəlinin yeri dəyişdirilir.

ERAmedia xəbər verir ki, rayon ziyalılarının və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, müvafiq dövlət qurumlarının razılıqları əsasında böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 1 saylı tam orta məktəbin həyətində qoyulmuş heykəli şəhərin mərkəzi hissəsinə köçürülür.

media-1768584414443366343_1200x630

Bundan sonra C.Cabbarlının heykəli Heydər Əliyev Seyrəngahında, Mərkəzi Kitabxananın qarşısında ucaldılacaq.

Siyəzən Rayon İcra Hakimiyyətindən bildirib ki, bu addım Cəfər Cabbarlı irsinin daha geniş ictimaiyyətə təqdim olunmasına və şəhər mühitinin estetik baxımdan zənginləşdirilməsinə xidmət edir.

Hazırda heykəlin köçürülməsi ilə bağlı quraşdırma və abadlaşdırma işləri aparılır.


media-adspc

Bənzər xəbərlər