Cəlilabadda balta ilə yaralanan yeniyetmə vəfat edib
Cəlilabad rayonunda ağır cinayət hadisəsi ölüm faktı ilə nəticələnib.
ERAmedia xəbər verir ki, əmisi tərəfindən balta xəsarətləri alan 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva göstərilən tibbi yardımlara baxmayaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Yeniyetmənin meyiti müvafiq ekspertiza tədbirlərinin aparılması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.










