media-6426ee6b901aa16ee48fc435-cfc-image10jpg-1761731234
media-bant_master

İngiltərənin məşhur “Çelsi” klubunun azarkeşləri “Qarabağ”la Bakıda keçiriləcək oyuna böyük maraq göstərirlər.

ERAmedia xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb.

Məlumata görə, Böyük Britaniyadan Azərbaycan paytaxtına 1300-ə yaxın azarkeş ordusunun gələcəyi gözlənilir. Bu da Azərbaycan klublarının iştirak etdiyi avrokubok matçlarında nadir hallarda rast gəlinən mənzərədir.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun “Qarabağ” – “Çelsi” matçı noyabrın 5-də saat 21:45-də başlayacaq. Üç turdan sonra “Çelsi” ilə “Qarabağ” hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 11-ci və 13-cü yerlərdə mövqe tutublar.


media-adspc

Bənzər xəbərlər