media-videoedited
media-68f93358b311e68f93358b311f176116207268f93358b311b68f93358b311c
media-shehidler_olmez_baner_full

Rusiyanın Çelyabinsk vilayətində, Kopeysk şəhərindəki müəssisələrdən birində güclü partlayış olub.

ERAmedia xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib. Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Partlayışın dalğasından bəzi yaşayış binalarının pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb edilib, fövqəladə qərargah yaradılıb.

Qubernatorun sözlərinə görə, yerli sakinlər və mülki infrastruktur üçün təhlükə yoxdur.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.


media-adspc

Bənzər xəbərlər