Cem Yılmaz xəstəxanaya yerləşdirilib
Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb.
ERAmedia xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb.
Sinə ağrısı şikayəti ilə Ayvacık Dövlət Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılan məşhur komediyaçının ürək spazmı keçirdiyi müəyyən edilib və ona ilkin tibbi yardım göstərilib. Tibbi müdaxilədən sonra vəziyyəti nəzarət altına alınan Yılmaz əlavə müayinə və müalicə məqsədilə Çanaqqala On Səkkiz Mart Universitetinin (ÇOMÜ) Tibb Fakültəsi Xəstəxanasına göndərilib.
Yılmazın səhhətinin stabil olduğu, müayinələr çərçivəsində ona angioqrafiya ediləcəyi bildirilir.









