Cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara daim yüksək qayğı ilə yanaşılır
Naxçıvan şəhəri 11 saylı körpələr evi – uşaq bağçasında 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir təşkil olunub.
ERAmedia xəbər verir ki, tədbirdə bağçanın balaca fidanlarının ifasında Müstəqilliyin Bərpası Gününə həsr olunan şeirlər, mahnılar səsləndirilmiş və rəqs nümunələri göstərilib.
Körpələr evi – uşaq bağçalarında belə tədbirlərin keçirilməsinin gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunmasına, eyni zamanda sağlam böyüməsi, onların təhsilli və tərbiyəli böyüməsinə xidmət etdiyi qeyd olunub.