media-ads-728x90
media-w_161755759240944925188_1200x630
media-ads-728x90

Macarıstanın “Ferentsvaroş” komandasını Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda 20-yə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə ERAmedia-ya Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda görüşdən bir gün əvvəl paytaxta gələcək:

“Ferentsvaroş”un Bakıda açıq məşqi olmayacaq. Avqustun 26-da, saat 20:00-da “Ferentsvaroş”un baş məşqçisi Robbi Kinin mətbuat konfransı baş tutacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 3:1.


media-ads-728x90

Bənzər xəbərlər