Cəmşid Naxçıvanskinin doğum günüdür
Azərbaycanın görkəmli hərbi xadimi Cəmşid Naxçıvanskinin anadan olmasından 131 il ötür.
ERAmedia xəbər verir ki, Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski 1895-ci il avqustun 23-də Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olub. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənib. Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirib. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunan süvari eskadronun (bölüyün) komandiri olub, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunub. Cəmşid Naxşıvanski 1917-ci ilin martında rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunub. O, 1917-ci il mayın 9-da poruçik (leytenant) rütbəsinə, elə həmin il oktyabrın 30-da isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülüb. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il aprelin 15-də Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, avqustun 22-də isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılıb.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıdıb. Sentyabrın 15-də Qafqaz İslam ordusu (Osmanlı qoşunu) və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan “Sentrokaspi Diktaturası” qüvvələrindən təmizləyib. C.Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 1920-ci il 24 mart tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilib.
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçib. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərib. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksəkixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynayıb.
C.Naxçıvanski 1923-cü və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olub. 1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri idi. 1931-ci ildə C.Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilib və həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən “Xan sarayı” muzeyindədir. C.Naxçıvanski Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılıb, 3 il ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakultənin kurs rəisi olub. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunub.
XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəli xanla Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana gedib, qısa müddətdə şah qvardiyasında yüksək rütbələrə çatıblar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər edib, notalar verib. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları 1935-ci ildə güllələdib. O, Moskvadan 26 kilometr aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, “Kommunarka” adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olunub.
C.Naxçıvanski Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilib. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.









