media-irevan

Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Şurasının mayın 4-də İrəvanda keçiriləcək toplantısında iştirak edəcəyi ilə bağlı yayılan məlumatlar müxtəlif siyasi dairələrdə müzakirə doğurub.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu iddiaların məntiqi ziddiyyət təşkil etmir və məsələ daha çox Avropa institutlarının koordinasiyalı tədbir siyasəti ilə bağlıdır.

Şahinoğlunun sözlərinə görə, Avropa Siyasi Şurasının toplantılarında iştirak edən liderlər siyahısı adətən Brüssel tərəfindən müəyyən edilir və Ermənistan yalnız ev sahibi funksiyasını daşıyır.

Onun fikrincə, Zelenskinin əvvəlki sammitlərdə iştirak etməsi fonunda İrəvan toplantısından kənarda qalması üçün xüsusi bir siyasi əsas görünmür.

Siyasi şərhçi həmçinin qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu səfərlə bağlı məlumatları gizlətməsi barədə iddialar daha çox Rusiya yönlü media resurslarının narrativinə uyğun gəlir və bu cür xəbərlərin məqsədi regionda siyasi gərginlik görüntüsü yaratmaq ola bilər.

Ermənistanda bəzi radikal dairələrin Zelenskinin mümkün səfərinin Rusiya–Ermənistan münasibətlərinə təsiri ilə bağlı açıqlamalar verməsi də diqqət çəkib. Şahinoğlu bunu regional informasiya mübarizəsinin tərkib hissəsi kimi dəyərləndirərək, həmin açıqlamaların xarici siyasi təsirlərdən qaynaqlana biləcəyini istisna etməyib.

Onun fikrincə, Zelenskinin İrəvana səfəri baş tutarsa, bu, Ukraynanın Cənubi Qafqaza və xüsusilə Ermənistana dair yeni geosiyasi yanaşmasının mesajı kimi də qiymətləndirilə bilər. Bu mesajın isə Moskvanın regiondakı təsir imkanlarına dair simvolik xarakter daşıdığı vurğulanır.

Eyni zamanda, Paşinyan hökuməti üçün bu toplantının daxili siyasi baxımdan da əhəmiyyətli olduğu qeyd edilir. Şahinoğluya görə, Ermənistan rəhbərliyi parlament seçkiləri öncəsi Avropa İttifaqı və Qərb liderlərindən siyasi dəstək mesajları almağa çalışır və İrəvan sammiti bu baxımdan mühüm platforma rolunu oynayır.

Vural


media-adspc

Bənzər xəbərlər