Cənubi Qafqazda yeni güc konfiqurasiyası: Bakı–Vaşinqton strateji tərəfdaşlığı - ŞƏRH
Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyada 3 vacib xətt nəzərə çarpır.
ERAmedia xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov bildirib.
Siyasi təhlilçi həmin vacib xətləri sadalayıb:
“- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyəti,
– Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etməyi prioritetləşdirməsi,
– Təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni səviyyəsinin elan edilməsi”.
O qeyd edib ki, ABŞ-nin mülki nüvə sahəsindəki fəallığını Cənubi Qafqazda, o cümlədən Ermənistan və Azərbaycanda nümayiş etdirməsi onun perspektiv üçün mövqelərini əlverişli edə bilər.
“Bunun Azərbaycan və Türkiyə üçün də xüsusi əhəmiyyəti var. TRIPP dəhlizini irəli aparmaq və onun nüvəsini gücləndirmək baxımından həmin əməkdaşlıq diqqətəlayiqdir”, – deyə o əlavə edib.
A.Kərimovun sözlərinə görə, Azərbaycan ABŞ və Çinin rəqabət rejimini Orta Dəhlizin bir komponenti olacaq TRIPP marşrutunda yumşaldaraq regionda güclərarası reytinqi balanslaşdırır:
“Azərbaycanla ABŞ-nin sərhəd təhlükəsizliyi, antiterror əməliyyatları sferasındakı, dəniz təhlükəsizliyin qorunmasındakı prioritetləri yenilənir”.









