media-aplyqbfe1j8xxsahaaucuipcykggkepq
media-bant_master

Çexiyanın Baş naziri Petr Fiala Nazirlər Kabinetinin son iclasında hökuməti istefası ilə bağlı qərar verib.

ERAmedia  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin nümayəndəsi bəyanat yayıb.

Bəyanata görə, Baş nazir bu gün istefa ərizəsini Petr Pavelə təqdim edəcək.

Çexiya konstitusiyasına əsasən, hökumət ölkə parlamentinin aşağı palatası – Deputatlar Palatasının ilk iclasının başa çatmasından sonra istefa verir. Həmin palataya seçkilər 3 və 4 oktyabr tarixlərində keçirilib.

Yeni hökumətin ən geci gələn ayın ortalarınadək fəaliyyətə başlaması nəzərdə tutulur.


media-adspc

Bənzər xəbərlər