Çexiyada təyyarə qəzası olub
Çexiyanın Semili bölgəsinin Vşen inzibati ərazisindəki hava limanından havaya qalxan yüngülmühərrikli təyyarə 10 saniyə sonra qəzaya uğrayıb.
ERAmedia xarici mətbuata istinadla xəbər verir ki, hadisə şənbə günü yerli vaxtla saat 19 radələrində baş verib. Qəzadan sonra təyyarə alovlanıb. Pilot hadisə yerində ölüb.
Polisin sözçüsü İvana Balakova bildirib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb, qəzanın səbəbləri araşdırılır.










