media-587305977_18539776234024649_895516610475602354_n
media-bant_master

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-“Qarabağ” matçını stadiondan izləyib.

ERAmedia xəbər verir ki, Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubumuzun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Görüş zamanı C. Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.

Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

media-587310929_18539776243024649_8656141671002481589_n


media-adspc

Bənzər xəbərlər