media-videoedited
media-1759775991146851616_1200x630
media-shehidler_olmez_baner_full

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

ERAmedia xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüş Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq Xarici İşlər Nazirləri Şurası çərçivəsində reallaşıb.

Nazirlər Azərbaycan – Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün səviyyələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Tərəflər siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər