Ceyhun Cəlilov Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi təyin olunub
Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
ERAmedia xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 38 yaşlı C.Cəlilov 2024-cü ilin aprelindən Naxçıvan MR-in Baş naziri vəzifəsini icra edirdi.









