Çimərlik güləşi üzrə Azərbaycan çempionatı başa çatdı

Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
ERAmedia xəbər verir ki, yarışın 2-ci günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Əvvəlcə olimpiya sistemi ilə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.










